Dünyada müxtəlif palliativ yardım modelləri mövcuddur. Bu modellər xəstəxanalarda, qocalar evlərində, xəstənin evində, eləcə də ixtisaslaşmış müəssisələrdə – hospislərdə tətbiq olunur.
Hospis ağır və sağalmaz xəstəliyin son (terminal) mərhələsində olan pasiyentlərə palliativ yardım göstərən ixtisaslaşmış tibb müəssisəsidir.
Əvvəllər hospislər əsasən xəstəxana tipli müəssisələr kimi fəaliyyət göstərirdi və həyatının son mərhələsində olan xəstələrə stasionar yardım göstərirdi. Zamanla bu model inkişaf edərək səyyar hospis xidmətləri, evdə palliativ yardım və digər alternativ formalar meydana çıxmışdır. Beləliklə, hospis xidməti yalnız stasionar müəssisə çərçivəsində deyil, xəstənin yaşadığı mühitdə də göstərilməyə başlanmışdır.
Palliativ yardıma ehtiyacı olan, lakin ağır vəziyyətinə görə evə buraxılması mümkün olmayan xəstələr üçün təşkil olunur.
Bu şöbələr adətən 15–20 çarpayıdan ibarət olur. Xəstəxanada qalma müddəti, bir qayda olaraq, bir aydan artıq olmur. Palliativ şöbələr xəstəxanalarda və ya qocalar evlərinin nəzdində fəaliyyət göstərə bilər.
Bu xidmətlər poliklinikalar, rayon xəstəxanaları və digər səhiyyə müəssisələri vasitəsilə təşkil edilə bilər. Onlar sosial müdafiə orqanları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərə bilərlər.
Evdə palliativ yardımın göstərilməsinə könüllülər, tibbi və pedaqoji kolleclərin tələbələri, həmçinin Qızıl Aypara Cəmiyyəti kimi təşkilatların nümayəndələri cəlb oluna bilər. Bu model xəstənin ailə mühitində, rahat və tanış şəraitdə dəstək almasına imkan yaradır.
Adətən 30 çarpayıdan çox olmayan, terminal mərhələdə (çox vaxt onkoloji xəstəliklər) olan pasiyentlər üçün nəzərdə tutulan müvəqqəti stasionar müəssisədir.
Orta qalma müddəti təxminən bir həftə, ümumi qalma müddəti isə bir aydan artıq olmur. Burada əsas məqsəd simptomların intensiv nəzarəti və xəstənin rahatlığının təmin edilməsidir.
Bu komandalar əsasən onkoloji mərkəzlərdə və ya xəstəxanaların onkoloji şöbələrində yaradılır. Onlar ağır simptomları olan xəstələrə konsultativ və səyyar dəstək göstərən həkim və tibb bacılarından ibarət olur.
Komandalar xəstəxanada müalicə alan pasiyentlərin simptomlarının idarə olunmasına və palliativ yanaşmanın tətbiqinə kömək edir.
Palliativ yardımın bütün formaları bir-biri ilə əlaqəli və koordinasiyalı şəkildə fəaliyyət göstərməlidir. Əsas məqsəd xəstənin ehtiyaclarına uyğun olaraq stasionar, səyyar və evdə yardım modelləri arasında fasiləsiz keçidin təmin edilməsidir. Xüsusilə evdə palliativ yardımın inkişafı xəstənin həyat keyfiyyətinin qorunması baxımından prioritet istiqamət hesab olunur.