Palliativ Yardım logo
Palliativ Yardım logo

Palliativ Yardım

Etik Məsələlər

Etik məsələlər palliativ yardımda xüsusilə mürəkkəb və həssasdır. Çünki bu sahədə qərarlar çox vaxt həyatın son mərhələsi, ağrı, əzab və ölüm mövzuları ilə bağlı olur.

 

Əsas etik prinsiplər

Palliativ yardımda tibbi etikanın dörd əsas prinsipi tətbiq olunur:

 

  1. Xeyir vermə (beneficence) – pasiyentin rifahını yaxşılaşdırmağa yönəlmiş qərarlar qəbul etmək
  2. Zərər verməmək (non-maleficence) – pasiyentə fiziki və psixoloji zərər yetirməmək
  3. Muxtariyyətə hörmət (autonomy) – pasiyentin öz həyatı və müalicəsi ilə bağlı qərar vermək hüququna hörmət etmək
  4. Ədalət (justice) – xidmətlərə bərabər və ədalətli çıxışı təmin etmək

 

Çətin etik dilemmlar

 

Palliativ yardımdə tez-tez aşağıdakı etik suallar ortaya çıxır:

  • Həyat uzadıcı müalicə davam etdirilməlidirmi, yoxsa dayandırılmalıdır?
  • Pasiyentə tam həqiqət nə vaxt və necə deyilməlidir?
  • Pasiyentin iradəsi ailənin istəyi ilə ziddiyyət təşkil edərsə, hansı üstün tutulmalıdır?

Bu hallarda qərarlar multidissiplinar komanda tərəfindən, pasiyentin dəyərləri və hüquqları əsas götürülərək qəbul edilməlidir.